PDF Oxu

Siyasət

  • 511

Ərazi partiya təşkilatına yeni sədr seçildi

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 16 saylı (Gəncə Beynəlxalq Hava Limanı) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə Beynəlxalq Hava Limanının direktor əvəzi Aqil Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayının günü-gündən artdığını qeyd edib. Aqil Qəhrəmanov eyni zamanda partiyanın ərazi təşkilatının fəaliyyətinin əhəmiyyətindən ətraflı bəhs edib.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb və bildirib ki, zamanında edilən düzgün seçim və xalqımızın YAP ətrafında sıx birləşərək ölkənin inkişafına təkan verməsi bu gün artıq öz nəticəsini verməkdədir.
Yığıncaqda təşkilati məsələyə baxılıb, Vüqar Sərdarov ərazi partiya təşkilatının sədri, Əvəz Ağayev sədr müavini seçilib.
Sonda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıblar.

Digər xəbərlər