PDF Oxu

Siyasət

  • 562

Rusiya mediası terrorçuların təbliğat maşınına çevrilir - TƏHLİL

image

Şimal qonşumuz tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də Azərbaycana münasibətdə qərəzli və düşmənçilik mövqeyindən çıxış edir. Səbəbi də aydındır: Azərbaycan regionun aparıcı güc mərkəzidir. 30 il erməni işğalı altında olmuş torpaqlarını cəmi 44 günə azad etməyə nail olub. Eyni zamanda, iqtisadi, sosial, hərbi sahədə böyük uğurlara imza atıb, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bütün bunlar Avropa dövlətləri kimi Rusiyanın da başına daş, canına azar doldurub. Hər vəchlə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə, iqtisadi, siyasi, hərbi uğurlarına kölgə salmağa çalışır. Bəzi Kreml rəsmiləri isə hiyləgər gediş etdiklərini düşünərək Azərbaycanla tərəfdaş, dost münasibətdə olduqlarını söyləyir, bəyanatlar, açıqlamalar verirlər. Lakin bu fikirlərin səmimi və reallığı əks etdirmədiyi şübhəsizdir. Səmimi olduqlarını o zaman nümayiş etdirə bilərlər ki, Azərbaycana qarşı vaxtaşırı hürən itlərinin boyunlarındakı iplərini çəksinlər. Təpki isə hələ ki, baş vermir. Əksinə, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyu, ermənipərəst deputatlar Konstantin Zatulini, Anatoli Vassermanı, jurnalistlər Salovyovu, Simonyanı, Knyazevi və digərlərinin beyinlərini yuyub, meydana ötürməklə Azərbaycana qarşı daha geniş şər və böhtanlar səsləndirməyə təhrik edirlər. Dəfələrlə Azərbaycanın rəsmi dairələri, hüquq–mühafizə orqanları Rusiyanın qaranlıq dairələrini, rəsmilərini, media mənsublarını ölkəmizə qarşı səsləndirilən separatçı fikirləri, bəyanatları dayandırmağı tələb etsələr də, nəticəsi olmayıb.

Rusiya vətəndaşları haqqında həbs qərarı verildi

Son vaxtlar isə Rusiya rəsmi dairələri məkrli kampaniyalarına jurnalist İvan Knyazevi, qondarma media eksperti Semyon Uralovu və Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi və digər pozucu məxluqları qoşublar. Onlar birbaşa Kremldən verilən təlimata uyğun olaraq beynəlxalq hüquq norma və prinsipləri kobud şəkildə pozaraq Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsinə cəhdlər göstərirlər. Çirkin kampaniya Rusiyadakı azərbaycanlı diaspor nümayəndələrinə, iş adamlarına və sadə vətəndaşlara qarşı qeyri-insanı rəftarla, qanunsuz həbslərlə paralel aparılır. Bu da onu təsdiq edir ki, azərbaycanlılara qarşı hücumlar, həbslər, diaspor nümayəndələrinin ölkədən deportasiya olunmaları birbaşa rəsmi Kremldən verilən göstərişdir. Məhz Kremlin sifarişi əsasında 2026-cı il iyulun 14-də "‘Moskva 24"-də telekanalın aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxışlar ediblər. Bütün bunlar bir daha Rusiyanın ənənəvi ampluasından əl çəkmədiyini göstərir.

Azərbaycan dövləti və ictimaiyyəti Rusiyanın bəzi rəsmi şəxslərinin və media orqanlarının anti-Azərbaycan kampaniyasına göz yummaq fikrində deyil. Artıq "‘Moskva 24"-də telekanalında ölkəmizin suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılıb. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Dumanın deputatı ömrünün qalan hissəsini Bakı həbsxanasında keçirə bilər

"‘Moskva 24” telekanalında ölkəmiz əleyhinə səslənən şər və böhtanlara, separatçı çıxışlara, terrorçuluğa çağırışlara etiraz olaraq Azərbaycan Mətbuat Şurası da bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib. Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır”.

Bəyanatda o da vurğulanır ki, Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir: “Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”.

Görünən ondan ibarətdir ki, Rusiyanın rəsmi şəxslərinə, eləcə də fəaliyyətlərini göstərişlər əsasında quran media qurumlarına qarşı Azərbaycan ictimaiyyətində sərt təpki mövcuddur. Ölkəmizin Baş Prokurorluğu separatçı mövqe sərgiləyən, terrora çağırışlar edən Rusiya vətəndaşlarına qarşı cinayət işi qaldırıb və onların həbsinə qərar verib. Söz yox ki, həbs qərarı hansı yolla olursa-olsun icra ediləcək. Çünki Azərbaycan dövləti elə fenomen gücə, qüdrətə malikdir ki, cinayət törədən istənilən şəxs hansı ölkədə gizlənməsindən asılı olmayaraq həbsinə nail olacaq. Artıq bununla bağlı təcrübə də mövcuddur. Sifarişlər əsasında Azərbaycanın dövlət əleyhinə açıq çağırışlar edən, ölkəmizin rəsmi şəxslərini təhqir edən, xalqa qarşı hörmətsizlik göstərən xarici dövlətlərin vətəndaşlarının həbs edilərək Azərbaycana gətirilib, məhkəmə qarşısına çıxarılması təmin edilib. Bu baxımdan tam qətiyyətlə demək olar ki, çox yaxın vaxtlarda Azərbaycan məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilən və axtarışa verilən jurnalistlər İvan Knyazevi, Salavyov, Simonyan, qondarma media eksperti Semyon Uralovu və Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi, Dumanın deputatları Konstantin Zatulini, Anatoli Vassermanı həbs edilərək Bakıya gətiriləcək və ömürlərinin qalan hissəsini dəmir barmaqlıqlar arasında davam etdirəcəklər.

İ.ƏLİYEV

Digər xəbərlər