PDF Oxu

Siyasət

  • 470

Vətən sevdalısı yad edilib - FOTO

image

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətən qeyrətli oğullardan biri də Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində boya-başa çatan şəhidi baş leytenant Vüsal Kazımovdur. Onu idi lənkəranlılar özünə şərəf və qürur yeri bilirlər. Lənkərandakı Həmzəyev adına Səpnəkəran kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Aytən Babayeva, Almas Babayeva və 10-cu “a” sinif şagirdləri “27 Sentyabr- Anım Günü “ münasibətilə adını şanlı tariximizə yazan, ölümü ilə ölümsüzlüyə qovuşan Vüsal Kazımovun əbədi baş qoyduğu müqəddəs məzarına baş çəkib, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra məktəbdə Vətən sevdalısı Vüsalın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı şagirdlərin ifasında Vətənə, xalqın xoş günləri naminə canından keçən şəhidlərə və qəhrəmanlıq mövzusuna həsr olunmuş şerlər səslənib, eləcə Vətən şəhidlərinin keçdiyi şərəfli yolu haqqında qürurla söhbət açılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər