PDF Oxu

Siyasət

  • 504

YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib - FOTO

YAP Xocalı rayon təşkilatında müşavirə keçirilib - FOTO

23 oktyabr 2026-cı il tarixində saat 16.00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Komunal müəssələr üzrə ərazi partiya təşkilatında keçirilən müşavirədə 17 nəfər partiya fəalı iştirak edib.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlərin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən, partiyanın fəaliyyət istiqamətlərindən və üzərinə düşən məsuliyyətin layiqincə yerinə yetirilməsinin vacibliyindən bəhs edib.
Məruzə ətrafında Komunal sahələr üzrə ərazi partiya təşkilatının sədri Ramin Rüstəmov , eləcə də partiya üzvləri Süleyman Əzizova və Zahid Kərimov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda partiya fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması məsələlərinə toxunulub.
Müşavirə zamanı iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə başa çatıb.

Digər xəbərlər