PDF Oxu

Siyasət

  • 537

42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatında iclas keçirilib - FOTO

42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatında iclas keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas 42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatında keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş nitqi ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O, dövlət başçısının çıxışında irəli sürülən çağırışların yerli partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas götürülməsinin, əhali ilə işin daha da gücləndirilməsinin və partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra söz alan 42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Ramil Bayramov Qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət qarşısındakı məsuliyyəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Prezidentin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyətin zəruriliyini diqqətə çatdırıb.

İclas çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, dövlətçilik prinsiplərinin təbliği və 42 saylı Yol İstismarı İdarəsi ərazi partiya təşkilatının qarşısında duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının zəruriliyi bir daha vurğulanıb.

Digər xəbərlər