PDF Oxu

Siyasət

  • 658

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın qərarlarından irəli gələn fəaliyyət istiqamətləri nəzərdən keçirilib

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın qərarlarından irəli gələn fəaliyyət istiqamətləri nəzərdən keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “F.Yusifov küçəsi 39” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında vurğulanan məsələlər və partiyanın gələcək fəaliyyət prioritetləri ilə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.

Görüşdə Azərbaycanın əldə etdiyi uğurların möhkəmləndirilməsi, dövlətimizin strateji məqsədlərinin dəstəklənməsi, milli həmrəyliyin qorunması və ictimai məsuliyyətin artırılması məsələlərinə toxunulub. Çıxışlarda ölkəmizin inkişaf yolunun cəmiyyətə düzgün çatdırılmasının, milli maraqlara zidd informasiya təsirlərinə qarşı ayıq-sayıq olmağın və gənclərin vətənpərvərlik ruhunda formalaşmasına dəstək göstərilməsinin əhəmiyyəti qeyd edilib. Görüşdə bildirilib ki, qurultayda müəyyənləşdirilən vəzifələrin icrası partiya üzvlərindən fəallıq, prinsipiallıq və ardıcıl iş tələb edir. Bu məqsədlə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və vətəndaşlarla səmərəli ünsiyyətin davam etdirilməsi vacib hesab olunub.

Digər xəbərlər