PDF Oxu

Siyasət

  • 604

YAP Samux rayon təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

YAP Samux rayon təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda YAP Samux rayon təşkilatının Samux Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova qeyd edib ki, Partiyanın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi mərhələ olmaqla yanaşı, qarşıda duran strateji hədəflərin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. O bildirib ki, dövlət başçısı, YAP Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı hər bir partiya üzvü üçün fəaliyyət proqramıdır və ərazi partiya təşkilatlarının üzərinə düşən əsas vəzifə bu tövsiyələri ardıcıl olaraq həyata keçirməkdir.
Sonra ərazi partiya təşkilatının fəalları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkəmizin inkişafı və zəfərlərində mühüm rol oynayıb. Çıxışçılar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə və həyata keçirilən genişmiqyaslı quruculuq işləri partiya üzvlərinin məsuliyyətini daha da artırır. Fəallar dövlətimizin uğurlu daxili və xarici siyasətini bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini və rayonun ictimai-siyasi həyatında yaxından iştirak edəcəklərini ifadə ediblər.

Digər xəbərlər