PDF Oxu

Siyasət

  • 663

Azərbaycan Memarlıq və İnşaat Universitetində müşavirə keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində müşavirə keçirilib - FOTO

Oktyabrın 26-da “A.Sultanova küç. 5” ünvanı üzrə (Azərbaycan Memarlıq və İnşaat Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Universitetin professor-müəllim heyəti, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq respublikamızın aparıcı ali texniki təhsil müəssisəsində keçirilən bu görüşün mühüm elmi, strateji və ideoloji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. G.Məmmədova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən tarixi dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpası, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin reallaşdırılması kontekstində mühəndis və memar kadrlarının hazırlanması baxımından ali məktəb kollektivinin qarşısına mühüm vəzifələr qoyub. Rektor qeyd edib ki, universiteti təmsil edən fəal professor-müəllim və tələbə heyəti cənab Prezidentin rəhbərliyi ilə ölkədə yürüdülən möhtəşəm quruculuq siyasətinə hər zaman dəstək verir və partiya ideyalarının gənclər arasında təbliğində ön sıralarda olmağa davam edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, postmüharibə dövründə Böyük Qayıdış strategiyasının uğurlu icrası və müasir ali təhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi stabilliyinin, iqtisadi və intellektual tərəqqisinin ana sütunu olmuşdur. Ulu Öndərin uzaqgörən dövlətçilik xəttini böyük mütəşəkkilliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional liderliyini daha da möhkəmləndirmişdir. Qazanılan bu tarixi Zəfərlər partiyamızın yürütdüyü ardıcıl siyasi kursun, dövlətimizin iqtisadi-sənaye qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər memarlıq və tikinti sahəsində kadr hazırlayan ali təhsil ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz tikinti-quruculuq və bərpa işləri Azərbaycan mühəndislik və memarlıq məktəbinin peşəkarlığına söykənir. Universitetin alimləri, gənc tədqiqatçıları və tələbələri yalnız müasir biliklərə yiyələnməklə kifayətlənməməli, həm də milli-mənəvi dəyərlərimizə, dövlətçilik təfəkkürünə və partiya ideallarına sadiq vətənpərvər ziyalılar kimi yetişməlidirlər. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ərazi partiya təşkilatı zəngin elmi və intellektual potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, gənclərin partiya həyatına daha fəal inteqrasiyası və ideoloji işin gücləndirilməsi istiqamətində universitetin partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

Çıxış edənlər Universitetin "ST və MKS" fakültəsinin “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və “Nəqliyyat” fakültəsinin “FH və HFT” kafedrasının baş müəllimi, AzMİU THİK sədri Şahmar Rəfili universitetdə aparılan tədris və elmi-tədqiqat işləri, tələbələrin sosial-ictimai həyatındakı fəallığı və ərazi partiya təşkilatının təşkilati fəaliyyətindən söz açıblar. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin ölkədə ali təhsilin və elmin inkişafına, gənc mütəxəssislərin dəstəklənməsinə göstərdiyi diqqət və qayğı kollektivi yeni elmi uğurlara və daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyətlərində hər zaman rəhbər tutacaqlarını və partiya ideyalarının gənc nəsillər arasında təbliğində fəal iştirak edəcəklərini bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Digər xəbərlər