26.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz RF-nın baş mütəxəssisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Novoivanovka kənd sakini Hacıyev Şəhriyar Şahlar oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!