Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı üzrə 7 saylı Yol idarəsi ərazi partiya təşkilatının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli və partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli Partiyanın VIII Qurultayının əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi strateji hədəflər və qarşıya qoyulan vəzifələr barədə fikirlərini bölüşüb. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, partiya üzvlərinin dövlətçilik prinsiplərinin, milli maraqların və ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini qeyd edib.
Digər çıxış edən 51 saylı Yol İstismarı MMC-nin mühəndisi Abbas Cəfərov VIII Qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən prioritetlərin əhəmiyyətindən bəhs edib. O, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin uğurlarından danışaraq, hər bir sahədə çalışan insanların öz vəzifələrini məsuliyyətlə yerinə yetirmələrinin ümumi inkişafa töhfə verdiyini bildirib.
Tədbir qarşıda duran vəzifələrin müzakirəsi və partiya fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.
Şaiq Zaidli
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının məsləhətçisi