PDF Oxu

Siyasət

  • 1 008

Beyləqanda YAP-ın VIII Qurultayında müzakirə məsələlərlə bağlı tədbir keçirilib - FOTOLAR

Beyləqanda YAP-ın VIII Qurultayında müzakirə məsələlərlə bağlı tədbir keçirilib - FOTOLAR

26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Örənqala qəsəbə”, “Günəşli qəsəbə”, “Yuxarı Kəbirli kənd” və “Baharabad qəsəbə” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.

Tədbirdə “Örənqala qəsəbə” Ərazi partiya təşkilatının sədri Çingiz Nağıyev, “Günəşli qəsəbə” Ərazi partiya təşkilatının sədri Vaqif Əhmədov, “Yuxarı Kəbirli kənd” Ərazi partiya təşkilatının sədri Tofiq Qasımov, veteran partiya üzvü Həsən Mustafayev və Örənqala qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Kamil Binnətov çıxış edərək bildirdilər ki, Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib.

Digər xəbərlər