Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Astanlı kənd” və “Pambıq ASC” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev iclası açaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerlərdə partiya üzvləri ilə müzakirəsinin əhəmiyyətini vurğulayıb.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. Partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının, əhali ilə əlaqələrin möhkəmləndirilməsinin və yerli təşəbbüslərin dəstəklənməsinin vacibliyini qeyd edib. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində ardıcıl maarifləndirici fəaliyyətin əhəmiyyətini vurğulayıb.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən siyasi mesajların və müəyyənləşdirilən fəaliyyət istiqamətlərinin ictimaiyyətə dolğun çatdırılmasının vacibliyindən danışıb. Partiya üzvlərinin əhali ilə birbaşa ünsiyyətdə, dövlət siyasətinin mahiyyətinin və ölkəmizin əldə etdiyi nailiyyətlərin izahında fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
“Astanlı kənd” ərazi partiya təşkilatının sədri Mübariz Tağıyev çıxış edərək qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatının və onun üzvlərinin məsuliyyətindən bəhs edib. Üzvlərlə müntəzəm əlaqələrin, birgə təşəbbüslərin və ictimai işlərdə fəal iştirakın vacibliyini vurğulayıb. Ərazi partiya təşkilatının fəaliyyətinin daha səmərəli qurulması və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində ardıcıl çalışacaqlarını bildirib.