PDF Oxu

Siyasət

  • 646

YAP Ağdam rayon təşkilatında VIII Qurultayın qərarlarına həsr olunmuş silsilə tədbirlər davam edir

YAP Ağdam rayon təşkilatında VIII Qurultayın qərarlarına həsr olunmuş silsilə tədbirlər davam edir

26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında VIII Qurultayın qərarları və Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi fəaliyyət istiqamətləri ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Həmçinin Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə iştirak edənlər YAP Ağdam rayon təşkilatının məsul əməkdaşları Toğrul Zeynalov, Elməddin Abbasov, Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədr müavini, VIII Qurultayın nümayəndəsi Rəşad Quliyev və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsindəki fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, Prezident və YAP sədri Cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyi diqqətə çatdırılıb.

Müzakirələrdə Azərbaycanın əldə etdiyi tarixi uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd olunub. İştirakçılar bu proseslərin ölkəmizin davamlı inkişafına və dövlətçiliyimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.

Eyni zamanda, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakının təşviqi, üzvlərlə işin təkmilləşdirilməsi və əhali ilə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər