PDF Oxu

Siyasət

  • 530

Sənət, mədəniyyət və dövlətçilik: Nəsimi rayonunda VIII Qurultayın mesajları müzakirə olunub

Sənət, mədəniyyət və dövlətçilik: Nəsimi rayonunda VIII Qurultayın mesajları müzakirə olunub

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının «Rəşid Behbudov 75» ünvanı üzrə (Bakı Xoreoqrafiya Akademiyası) ərazi partiya təşkilatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində dövlət başçısının qurultaydakı çıxışını əks etdirən videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin «Azərbaycan» şeirini səsləndirdiyi video kadrlar da göstərilib.

Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA-nın professoru Həbibə Məmmədova və Akademiyanın magistr tələbəsi Cəmilə Məmmədova çıxış ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi tarixi əhəmiyyət daşıyır. O, Partiya Sədrinin «Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi» fikrini xatırladıb. Azər Süleymanov 1992-ci ilin noyabrında Naxçıvanda başlanan yolun bu gün tarixi Zəfərlə taclandığını bildirib.

Rayon təşkilatının sədri Partiya Sədrinin müəyyən etdiyi əsas vəzifələrdən də danışıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. O, Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər önəmli olduğu barədə fikrinə xüsusi diqqət çəkib. Azər Süleymanov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, ideoloji təxribatlara qarşı əsas sipər təhsil və vətənpərvərlikdir. Bu baxımdan mədəniyyət və incəsənətin rolu da böyükdür, çünki milli rəqs sənəti, musiqi və mədəni irs xalqın kimliyinin, milli-mənəvi dəyərlərin daşıyıcısıdır.

Digər çıxışlarda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında diqqətə çatdırdığı Azərbaycanın inkişaf prioritetlərinə toxunulub. Ərazi bütövlüyünün və suverenliyin mühafizəsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də milli-mənəvi dəyərlərin qorunması məsələləri də diqqətə çatdırılıb.

Müzakirələr zamanı dövlətçilik ənənələrinin qorunmasının və gənc nəslin milli dəyərlər əsasında yetişdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin ölkənin gələcək inkişafında təhsilin və mədəniyyətin rolu xüsusi qeyd olunub.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər