26 oktyabr 2026-cı il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirə Xocalı rayon Quşçular kənd Musiqi Məktəbində təşkil olunub. Tədbirdə YAP Xocalı rayon təşkilatının Quşçular kənd Musiqi Məktəbi üzrə ərazi partiya təşkilatının 12 nəfər partiya fəalı iştirak edib.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə YAP Xocalı rayon təşkilatının Quşçular ərazi partiya təşkilatının sədri Fikrət Mikayılov məruzə ilə çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlərin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən, partiyanın əsas fəaliyyət istiqamətlərindən və bu vəzifələrin həyata keçirilməsi istiqamətində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Məruzə ətrafında partiya fəalı Nərmin Əliyeva, eləcə də partiya üzvləri Müzəffər Quliyev və Könül Həşimova çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması məsələləri diqqətə çatdırılıb.
Müşavirə zamanı iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə öz işini başa çatdırıb.