Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Aşağı Qaramanlı kənd” və “Aşağı Surra kənd” ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev iclası açaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerlərdə partiya üzvləri ilə müzakirəsinin əhəmiyyətini vurğulayıb.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarında ideoloji işin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi fəallığının artırılmasının və əhali ilə davamlı ünsiyyətin vacibliyini qeyd edib. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolunu vurğulayıb, maarifləndirici fəaliyyətin yerli şərait nəzərə alınmaqla təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndəsi, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüb. Prezident İlham Əliyevin nitqində səsləndirilən siyasi mesajların və müəyyənləşdirilən fəaliyyət istiqamətlərinin ictimaiyyətə dolğun çatdırılmasının vacibliyindən danışıb. Ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin mahiyyətinin izah olunmasında, milli birliyin və dövlətçilik ənənələrinin təbliğində ardıcıl maarifləndirici işin əhəmiyyətini vurğulayıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Neftçala rayon təşkilatının sədri Mustafa Əliyev çıxış edərək ictimai həyatda veteranların fəal iştirakının və onların təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb. Vətənpərvərlik ənənələrinin yaşadılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edib. Veteranların qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.