26 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Aşağı Göycəli kənd”, “Xətai kənd” və “Qırılı kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, YAP-ın VIII Qurultayında dövlət müstəqilliyinin qorunması ilə bağlı səsləndirilən fikirlərdən irəli gələn vəzifələr sırasında gənclərin dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi, milli maraqların mahiyyətinin izah edilməsi və vətəndaş məsuliyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə müxtəlif maarifləndirici görüşlərin, elmi-praktik konfransların, dəyirmi masaların və seminarların keçirilməsi məqsədəuyğundur.
Daha sonra çıxış edən natiqlər – Aşağı Göycəli kənd tam orta ümumtəhsil məktəbin müəllimləri Sənubər Hüseynova və Gülxırda Babayeva bildiriblər ki, YAP-ın VIII Qurultayında diqqət çəkən əsas məsələlərdən biri də ideoloji təhlükəsizlik və informasiya mühitində baş verən dəyişikliklərdir. Prezident İlham Əliyev nitqində müasir dövrdə ideoloji risklərin sərhədlərlə məhdudlaşmadığını, internetin, sosial şəbəkələrin, kiberməkanın və süni intellekt texnologiyalarının informasiya mühitinə təsirini vurğulamışdır. Çıxışda təhsilin, vətənpərvərliyin və müasir ideoloji işin düzgün təşkilinin bu çağırışlara cavab verilməsində əhəmiyyəti qeyd edilmişdir.