Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixində mühüm əhəmiyyət daşıyan məkanlardandır. Bu ərazilərin azad edilməsi xalqımızın öz torpaqlarına qayıdışının mümkünlüyünü nümayiş etdirdi.
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. Lakin kəndin təhlükəsiz və dayanıqlı şəkildə məskunlaşması üçün ətraf ərazilərdəki strateji yüksəkliklərin nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyırdı.
2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi azad edildi. Bununla da Cocuq Mərcanlının təhlükəsizliyi və burada yenidən həyatın qurulması üçün əlverişli şərait yarandı.
Cocuq Mərcanlıya qayıdış Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesinin başlanğıcı kimi mühüm tarixi və mənəvi məna daşıyır. Kənddə yaşayış evlərinin, sosial obyektlərin və infrastrukturun bərpası insanların doğma torpaqlarına qayıdışına real imkan yaratdı.
Cocuq Mərcanlı və Lələtəpə Azərbaycan xalqının torpaqlarına bağlılığının, dövlətin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi tədbirlərin və Böyük Qayıdışın rəmzlərindən biri kimi tariximizdə xüsusi yer tutur.
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı