PDF Oxu

Siyasət

  • 695

Yasamal rayonunda “Təhsil millətin gələcəyidir!" mövzusunda tədbir keçirilib - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hkaimiyyəti tərəfindən 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə “Təhsil millətin gələcəyidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mehriban Vəliyeva və Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin direktoru Fuad Babayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, şəhid ailə üzvləri və Yasamal rayonununda fəaliyyət göstərən məktəb və liseylərin rəhbərləri, təhsil müəssisələrinin müəllim kollektivi və tələbələr iştirak edib.

Tədbirdə ilk öncə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” ilə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğıları, diqqətləri təhsil ocaqlarında yaradılan şərait müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi uğurlu gələcəyimizdən xəbər verir. İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil olcaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu açılış mərasimlərində iştirakı xüsusi olaraq qürurverici olmaqla bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev çıxışında ölkənin qarşısında duran mühüm məsələlərlə yanaşı, ideoloji təhlükəsizlik və təhsil məsələlərinə də toxunub. Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayaraq, bu istiqamətdə ən mühüm vasitələrdən birinin təhsil olduğunu qeyd edib. Onun fikrincə, xalq nə qədər təhsilli, bilikli və savadlı olarsa, yalanlara, şayiələrə və ideoloji təxribatlara qarşı bir o qədər dayanıqlı olar. Bu baxımdan elm və təhsilin inkişafı yalnız fərdi tərəqqinin deyil, həm də milli təhlükəsizliyin və dövlətçiliyin möhkəmləndirilməsinin mühüm şərtidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışının sonunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara gələcək predaqoji fəaliyyətlərində uğurlar arzu edib.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, müəllim gənc nəslin dünyagörüşünü, milli-mənəvi dəyərlərini, vətənpərvərlik hissini və şəxsiyyətini formalaşdıran əvəzsiz ziyalıdır. Ulu Öndər Heydər Əliyev hər zaman təhsilə, elmə və müəllim əməyinə xüsusi diqqət yetirmiş, savadlı və yüksək intellektli nəslin yetişdirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ulu Öndərin təhsil sahəsində formalaşdırdığı ənənələr bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və təhsilin müasir tələblər əsasında inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev dəfələrlə müəllimlərin cəmiyyətin intellektual potensialının formalaşmasında mühüm rolunu vurğulayaraq, onların əməyini yüksək qiymətləndirib və təhsil sisteminin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlayıb. Müasir məktəbin, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında müəllimlərimizin fədakar əməyinin xüsusi yeri vardır. Bu müqəddəs peşənin nümayəndələri hər gün öz bilik və təcrübələri ilə Azərbaycanın gələcəyinə, onun elm və təhsil potensialının daha da güclənməsinə töhfə verirlər. Müəllim əməyinə göstərilən dövlət qayğısı və yaradılan müasir təhsil imkanları onların üzərinə düşən məsuliyyəti daha da artırır. Bildirilib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ideoloji işin müasir tələblərə uyğun qurulmasının vacibliyini xüsusi olaraq qeyd edib. Bu prosesdə elm və təhsilin rolu xüsusilə böyükdür, çünki bilikli insan informasiya mühitində baş verən prosesləri daha düzgün qiymətləndirə bilir. Deməli, müasir ideoloji işin əsas dayaqlarından biri yüksək təhsil səviyyəsinə, sağlam düşüncəyə və milli dəyərlərə malik vətəndaşların formalaşdırılmasıdır. Çıxışının sonunda Elşad Həsənov əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edib.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mehriban Vəliyeva və Göydəniz Qəhrəmanov qeyd ediblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan təhsilimizin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf, təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi və təhsilimizin aparıcı qüvvəsi olan müəllim kontingentinə sərgilənən diqqət və qayğı bu sahədə olan inkişafın əhatəsinin geniş olmasından xəbər verir. Azərbaycanın vətənpərvər gəncləri əldə olunan Zəfərlərlə torpaqlarımızı azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Danılmaz faktr ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub. Çıxışlarda həmçinin qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev ideoloji təhlükələrə qarşı mübarizədə təhsilin əvəzsiz rolunu diqqətə çatdırıb. Müasir dövrdə internet, sosial şəbəkələr, kiber məkan və süni intellekt kimi imkanlar informasiya mühitini genişləndirdiyi üçün insanların düzgün məlumatı yanlış məlumatdan ayırmaq bacarığı daha da vacib olub. Belə bir şəraitdə elm və təhsil vətəndaşların tənqidi düşünmə qabiliyyətinin, dünyagörüşünün və milli şüurunun inkişafına mühüm təsir göstərir. Buna görə də savadlı, vətənpərvər və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsi həm ölkənin inkişafı, həm də ideoloji təhlükəsizliyin təmin olunması baxımından mühüm vəzifədir. Çıxışların sonunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbriklər çatdırılıb.

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən Şahlar Əsgərov çıxışlarında qeyd ediblər ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər Ulu Öndər Heydər Əliyevin vaxtilə uzaqgörənliklə irəli sürdüyü fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil sahəsində islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirilir. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında elm və təhsilin cəmiyyətin intellektual inkişafında mühüm rolu xüsusi məna kəsb edir. Müasir informasiya məkanında müxtəlif ideoloji təsirlərin artdığı bir dövrdə savadlı və geniş dünyagörüşlü vətəndaşların yetişdirilməsi dövlət üçün strateji əhəmiyyət daşıyır. Təhsil insanlara yalnız bilik vermir, həm də onları informasiya axınında düzgün seçim etməyə, həqiqəti yalandan ayırmağa və milli maraqları qorumağa hazırlayır. Buna görə də güclü təhsil sistemi və yüksək intellektual potensiala malik gənc nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından biridir. Çıxışlarda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlər təbrik edilib.

Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər