Oktyabrın 30-unda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının akt zalında Əlimərdan bəy Topçubaşov küçəsi 77 ünvanı üzrə (1 №-li Uşaq Poliklinikası), S.Rüstəm küçəsi 40 ünvanı üzrə (2 №-li Kliniki Psixiatriya Xəstəxanası), M.Qasımov küçəsi 1 A ünvanı üzrə (Bakı Baş Səhiyyə İdarəsi), A.Bakıxanov küçəsi 42 A ünvanı üzrə (5 №-li Şəhər Poliklinikası), Cavadxan küçəsi 22 ünvanı üzrə (20 №-li Şəhər Poliklinikası), A.Məhərrəmov küçəsi 25 ünvanı üzrə (12 №-li Uşaq Poliklinikası), R.Behbudov küçəsi 53 ünvanı üzrə (3 №-li Uşaq Poliklinikası), M.İbrahimov küçəsi 54 ünvanı üzrə (1 №-li Uşaq Poliklinikası), R.Behbudov küçəsi 14 ünvanı üzrə (1 №-li uşaq Stomotolji Poliklinikası), Azadlıq prospekti 20 ünvanı üzrə (2 №-li tələbə poliklinikası), M.Qaşqay küçəsi 83 ünvanı üzrə (“Sağlam Ailə” Özəl Tibb Mərkəzi), N.Yusifbəyli küçəsi 56 ünvanı üzrə (“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi), Əlimərdan Topçubaşov küçəsi 77 ünvanı üzrə (3 №li Qadın Məsləhətxanası), İ.Rəfili küçəsi 12 ünvanı üzrə (Kamal Abdullayev adına Özəl Uroloji Klinika) və Cavadxan küçəsi 11 ünvanı üzrə (“Tempus” MMC) ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər” mövzusunda müşavirə keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirə çərçivəsində Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında irəli sürdüyü əsas müddəalar diqqətə çatdırılıb. Ölkəmizin davamlı inkişafı, milli birliyin və dövlətçilik ənənələrinin gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, eləcə də səhiyyə sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın ölkənin siyasi həyatında mühüm mərhələ olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərinə toxunub. O, partiya təşkilatlarının fəaliyyətində müasir yanaşmaların tətbiqinin, ideoloji işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin və dövlətçilik prinsiplərinin təbliğinin vacibliyini vurğulayıb. Azər Süleymanov, həmçinin səhiyyə sahəsində çalışan partiya üzvlərinin ictimai fəallığının artırılmasının, əhali arasında sağlam həyat tərzinin təşviqinin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə ideoloji işin səmərəli təşkili, xüsusilə gənclərin milli ruhda tərbiyə olunması və onların dövlətçilik ideyalarına bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, səhiyyə müəssisələrində çalışan partiya üzvlərinin öz peşə fəaliyyətləri ilə yanaşı, ictimai-siyasi proseslərdə də fəal mövqe nümayiş etdirmələri vacibdir. Sonda Azər Süleymanov partiya üzvlərini dövlətin inkişaf strategiyasının həyata keçirilməsinə və qarşıya qoyulan məqsədlərə nail olunmasına öz töhfələrini verməyə çağırıb.
Daha sonra Əlimərdan bəy Topçubaşov küçəsi 77 ünvanı üzrə (1 №-li Uşaq Poliklinikası) ərazi partiya təşkilatının sədri, poliklinikanın baş həkimi Ayşən Ləmbəranski çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışaraq dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və vətənpərvərliyin təbliğinin vacibliyini vurğulayıb. O, səhiyyə sahəsində həyata keçirilən islahatların əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasir tibbi yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini qeyd edib. Həmçinin səhiyyə işçilərinin sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi maarifləndirilməsi istiqamətində fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra N.Yusifbəyli küçəsi 56 ünvanı üzrə (“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi) ərazi partiya təşkilatının sədri, mərkəzin direktoru Təranə Paşayeva çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və vətənpərvərliyin təbliğinin vacibliyini qeyd edib. O, səhiyyə sahəsində həyata keçirilən islahatların əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasir tibbi yanaşmaların tətbiqinə töhfə verdiyini bildirib, həmçinin səhiyyə işçilərinin sağlam həyat tərzinin təşviqi və əhalinin tibbi maarifləndirilməsi istiqamətində fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra çıxış edən A.Məhərrəmov küçəsi 25 ünvanı üzrə (12 №-li uşaq Poliklinikası) ərazi partiya təşkilatının sədri, poliklinikanın baş həkimi Fəridə Şamilova Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurla davam etdirildiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi nailiyyət olduğunu qeyd edib. Fəridə Şamilova, həmçinin ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği ilə yanaşı, səhiyyə sahəsində əhalinin sağlamlığının qorunmasının, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinin, profilaktik tədbirlərin və tibbi maarifləndirmənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, hər bir səhiyyə əməkdaşının fəaliyyətində məsuliyyət, şəffaflıq və vətəndaş məmnunluğunun əsas prinsip olmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra Cavadxan küçəsi 11 ünvanı üzrə (“Tempus” MMC) ərazi partiya təşkilatının fəalı, şirkətin direktrou Elşad Nağıyev çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin və müəyyənləşdirdiyi strateji hədəflərin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını tarixi nailiyyət kimi dəyərləndirərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Həmçinin iqtisadi müstəqilliyin gücləndirilməsi, sahibkarlığın inkişafı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın təmin olunması və ideoloji təhlükəsizliyin qorunmasının vacibliyinə diqqət çəkib.
Daha sonra Azadlıq prospekti 20 ünvanı üzrə (2 №-li tələbə poliklinikası) ərazi partiya təşkilatının sədri, poliklinikanın baş həkimi Xəqani Cəfərov çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edən natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının ölkəmizin tarixində mühüm mərhələ olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin bu gün uğurla davam etdirildiyini, Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etdiyini qeyd edib. Həmçinin Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinə toxunaraq şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin, qazilərə diqqət və qayğının göstərilməsinin vacibliyini bildirib.
Müşavirə mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib.