PDF Oxu

Siyasət

  • 514

“Neftçala şəhər-1” ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri müzakirə olunub

“Neftçala şəhər-1” ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Neftçala şəhər-1” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının və təşkilati işin sistemli qurulmasının vacibliyini vurğulayıb. Partiya veteranlarının zəngin təcrübəsinin, onların ictimai və siyasi proseslərdə fəal iştirakının gənc partiya üzvləri üçün əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği, ideoloji-maarifləndirmə işinin təşkili və partiya üzvlərinin bu istiqamətdə fəallığının artırılması məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin qorunub yaşadılmasında partiya üzvlərinin rolundan bəhs edib. İctimaiyyətlə davamlı ünsiyyətin qurulmasının, dövlət siyasətinin əsas istiqamətlərinin izahının və partiya veteranlarının təcrübəsindən yararlanmağın əhəmiyyətini diqqətə çatdırıb.
VIII Qurultayın nümayəndəsi, Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, “Neftçala şəhər-1” ərazi partiya təşkilatının sədri Vasif Əliyev çıxışında qurultayın nəticələri və qarşıya qoyulan vəzifələr barədə fikirlərini bölüşüb. Partiya təşkilatlarının ictimai-siyasi proseslərdə iştirakının, dövlətçilik prinsiplərinin təbliğinin və ərazi partiya təşkilatlarında fəaliyyətin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.
Partiya veteranları Sadiq Abbasov və Tofiq Cəfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma və inkişaf yolundan, partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakından bəhs ediblər. VIII Qurultayın qərarlarının əhəmiyyətinə toxunaraq partiya üzvlərinin fəallığının qorunmasının, veteranların təcrübəsinin gələcək nəsillərə ötürülməsinin və təşkilatdaxili həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Digər xəbərlər