PDF Oxu

Siyasət

  • 782

Səhiyyədə həyata keçirilən islahatlar əhalinin sağlamlığına xidmət edir - FOTO

Səhiyyədə həyata keçirilən islahatlar əhalinin sağlamlığına xidmət edir - FOTO

Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi davam edir. Növbəti müşavirə Xəzər Tibb Mərkəzi ərazi partiya təşkilatında baş tutub.
Tədbirdə Azərbaycanın dahi oğlu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Tibb Mərkəzinin rəhbəri Mübariz Ağayev çıxış ediblər. N. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə bərabər, həm də partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, qurultayda dövlət rəhbəri tərəfindən irəli sürülən fikirlər partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmalıdır. Hazırda dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətin inkişafına töhfə verilməsi hər bir partiya üzvünün məsuliyyətli fəaliyyətini tələb edir.

Səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu sahədə çalışan əməkdaşların üzərinə düşən vəzifələr barədə danışan Xəzər Tibb Mərkəzinin rəhbəri Mübariz Ağayev onu da qeyd edib ki, səhiyyə müəssisələrində çalışan partiya üzvləri öz peşə fəaliyyətləri ilə yanaşı, ictimai-siyasi proseslərdə də fəal mövqe nümayiş etdirməli, dövlət siyasətinin əsas istiqamətlərinin təbliğinə və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına səy göstərməlidirlər.
Müşavirə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Sonda vurğulanıb ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi partiya üzvlərinin fəallığından, məsuliyyətindən və vahid məqsədlər naminə birgə fəaliyyətindən bilavasitə asılıdır. Dövlətçilik ənənələrinin yaşadılması, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına dəstək verilməsi hər bir partiya üzvünün əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər