PDF Oxu

Siyasət

  • 606

“Heydər Əliyev və iqtisadi islahatlar: neft strategiyası və inkişaf modeli”

“Heydər Əliyev və iqtisadi islahatlar: neft strategiyası və inkişaf modeli”

Yeni Azərbaycan (YAP) Quba rayon təşkilatında “ “Heydər Əliyev və iqtisadi islahatlar: neft strategiyası və inkişaf modeli” mövzusunda növbəti məşğələ keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, bu cür maarifləndirici məşğələlərin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, iqtisadi inkişaf strategiyasının və dövlətçilik ənənələrinin təbliğ edilməsidir. O, Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Fidan Hüseynova, həmçinin YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin və müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyətindən danışaraq, partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini qeyd edib.

Çıxış edən YAP-ın VIII Qurultayının nümayəndələri – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi islahatların tarixi əhəmiyyətindən danışıblar. Onlar neft strategiyasının ölkəmizin iqtisadi qüdrətinin artırılmasında və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rolunu vurğulayıb, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətinə toxunublar. Həmçinin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanmasının, gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvərlik ruhunda böyüməsinin və dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd ediblər.

Daha sonra gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Digər xəbərlər