PDF Oxu

Siyasət

  • 537

YAP Goranboy rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib

YAP Goranboy rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Goranboy rayon təşkilatının Qızılhacılı Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri, təşkilati işlərin gücləndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması və dövlət siyasətinin əsas prioritetlərinin təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiya üzvlərinin üzərinə düşən vəzifələrdən, yerlərdə təşkilati işlərin gücləndirilməsinin, əhali ilə müntəzəm təmasların qurulmasının, xüsusilə gənclərin partiya fəaliyyətinə cəlb olunmasının vacibliyindən bəhs edib.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib.

Digər xəbərlər