Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilib.
Sabunçu qəsəbəsi, “Nəsib Malikov küçəsi 7” (67 nömrəli tam orta ümumtəhsil məktəbi), Bakıxanov qəsəbəsi, “Məhsəti Gəncəvi küçəsi 6” (169 nömrəli tam orta ümumtəhsil məktəbi), Bakıxanov qəsəbəsi, “Səməd Vurğun küçəsi 14” (11 saylı Şəhər poliklinikası), Balaxanı qəsəbəsi, “3-cü Mədən küçəsi” (Balaxanı Maşınqayırma Zavodu) və Maştağa qəsəbəsi, “Nizami küçəsi 25” (1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin yeni siyasi mərhələdə qarşıda duran prioritetləri müəyyənləşdirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə dövlətçilik, milli həmrəylik, təhlükəsizlik, iqtisadi inkişaf və Böyük Qayıdış prosesinin davam etdirilməsi əsas istiqamətlər sırasındadır. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü və fəalı yeni mərhələdə qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verməli, dövlətçilik və milli maraqlar ətrafında həmrəyliyi daha da gücləndirməlidir.
Çıxış edənlər ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının, xüsusilə informasiya texnologiyalarının geniş yayıldığı şəraitdə gənclərlə işin daha çevik və müasir üsullarla aparılmasının vacibliyini qeyd ediblər. Həmçinin, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar.