13 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Poylu kənd” və “Saloğlu qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, 2 oktyabr 2026-cı il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi şəraitdə keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Şahhüseyn Qurbanov, “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev, Poylu kənd tam orta ümumtəhsil məktəbin müəllimi Leyla Omarlı və partiya fəalı Elsevər Rzayev Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirilən fikirlərin, qarşıya qoyulan vəzifələrin və müəyyənləşdirilən prioritetlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, yeni mərhələdə dövlətçilik ənənələrinin qorunması, milli birliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafının davam etdirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyətin təşkili əsas məsələlərdəndir. Qurultayın məzmunundan irəli gələn məsələlərin öyrənilməsinin və onların partiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb.