PDF Oxu

Dünya

  • 634

Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir

...lakin KTMT-nin baş katibinin dediyinə görə rədd edilir

Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir

...Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov bildirib ki, Qərb ölkələri son vaxtlar Mərkəzi Asiya respublikalarının rəhbərliyinə öz ərazilərində hərbi bazaların yerləşdirilməsi təklifləri ilə müraciət edirlər.

Onun sözlərinə görə, bu təşəbbüslər daim rədd edilir.

SİA-nın əldə etdiyi məlumata görə, Masadıkov qeyd edib ki, Qərb nümayəndələri öz sorğularını Əfqanıstandan gələn potensial təhlükələrin qarşısını almaq zərurəti, eləcə də cənub sərhədlərində sabitliyin pozulması riskləri ilə əsaslandırırlar.

Lakin KTMT baş katibinin vurğuladığı kimi, regionun həm üzv, həm də üzv olmayan ölkələrinin liderləri bu cür yerləşdirməyə qarşı möhkəm mövqe tutublar.

Masadıkovun sözlərinə görə, imtina faktorlarından biri region ölkələrinin öz ərazi mübahisələrini müstəqil həll edə bilməsi olub.

O, Qırğızıstan, Özbəkistan və Tacikistan arasında sərhəd məsələlərinin danışıqlar, sülh yolu ilə həllini misal göstərib. KTMT-nin baş katibi regionda təhlükəsizliyin mövcud mexanizmlərlə, o cümlədən Rusiyanın hərbi mövcudluğu ilə təmin olunduğunu da qeyd edib.

Xüsusilə, söhbət Tacikistandakı 201-ci Rusiya hərbi bazası və Qırğızıstandakı "Kant" birləşmiş aviabazasından gedir.

Onun sözlərinə görə, regionun bəzi respublikaları, o cümlədən Qırğızıstan artıq qərb hərbi kontingentinin (2001-2009-cu illərdə fəaliyyət göstərmiş "Qansi" aviabazasının-A.B.) yerləşdirilməsi təcrübəsinə malik olub və buna qayıtmaq niyyətində deyil

Əli Babayev

Digər xəbərlər

“Respublikaçılar Trampın uğursuzluğuna görə günahlandırırlar”
“Respublikaçılar Trampın uğursuzluğuna görə günahlandırırlar”

Narazılıq xüsusilə Orta Qərb ştatlarında nəzərə çarpır...

Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir
Qərb Mərkəzi Asiya ölkələrinə hərbi bazalar yerləşdirməyi təklif edir

...lakin KTMT-nin baş katibinin dediyinə görə rədd edilir

Tramp Konqres seçkilərindən əvvəl təlaşa düşüb...
Tramp Konqres seçkilərindən əvvəl təlaşa düşüb...

Sorğular göstərir ki, amerikalılar demokratlara səs verirlər...

Hindistan Putindən imtina etdi..?
Hindistan Putindən imtina etdi..?

Rusiyadan Hindistana vizasız səfərləri nəzərdə tutan saziş üzərində iş dayandırılıb...

I Pyotr nə deyərdi?
I Pyotr nə deyərdi?

Yalnız möhkəm Rusiyada bütün bunlar “çiçəklənir”,..nədənsə..?

Kallas G20 görüşündə Lavrovun yalanlarından danışıb
Kallas G20 görüşündə Lavrovun yalanlarından danışıb

Danışıqlar masasında kəskin fikir ayrılıqları yaranıb...

Tramp bir şeyi nəzərə almamışdı...
Tramp bir şeyi nəzərə almamışdı...

Amerikalılar birləşməyə başlayıblar...