Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Səhiyyə”, “Yol” və “Aqroservis” ərazi partiya təşkilatlarında tədbirlər keçirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov məruzə ilə çıxış edib. Həmçinin tədbirlərdə YAP-nın VIII Qurultayının nümayəndələri Mirdamət Bağıyev və Əlibaba Məlikli öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrlə bağlı çıxış etmişlər.
Məruzə ətrafında çıxışlarda “Səhiyyə” ƏPT-da YAP-nın VIII Qurultayının nümayəndəsi Günay Muradova, partiya fəallarından Kəmalə Zərbaliyeva, Xəzər İsmayılov və Xəyalə İmanova, ”Yol” ƏPT-da partiya fəallarından Məzahir Əliyev, Afət Kərimov, Qayıb Qayıbov və Novruz Novruzov, “Aqroservis” ƏPT-da partiya fəallarından Zakir Xudaverdiyev,
Ənvər Həmidov, Adəm Cəbrayılov və Cəlil Umudaliyev çıxış etmişlər.