Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Yaşıllıq”, “Peşə”, “Gənclər” və “Səhiyyə-2” ərazi partiya təşkilatlarında tədbirlər keçirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov məruzə ilə çıxış edib. Həmçinin tədbirdə YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrlə bağlı çıxış etmişdir.
Məruzə ətrafında çıxışlarda “Yaşıllıq” ƏPT-da partiya fəallarından Rasim Novruzov,
Ərəstun İbrəhimov, Vurğun Şöyübov, və Rauf Yaqubov, ”Peşə” ƏPT-da YAP-nın VIII Qurultayının nümayəndələri, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev və Əlibaba Məlikli öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrlə bağlı çıxış etmişlər,partiya fəallarından Elvin Balakişiyev, Mirzə Mirzaliyev, Leyla Eyubova,
və Xaqani İslamov, “Gənclər” ƏPT-da YAP-nın VIII Qurultayının nümayəndələri, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev və Əlibaba Məlikli öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrlə bağlı çıxış etmişlər,partiya fəallarından
Şəhriyar Qayıbov, Ağarza Rəhimov və Fuad Rəcəbov, ”Səhiyyə-2” ƏPT-da partiya fəallarından Namiq Vahabov, Laçın Şahverdiyev, Asəf Əzizov və Vüqar Səfərov
çıxış etmişlər.