PDF Oxu

Siyasət

  • 612

YAP-ın VIII Qurultayında irəli sürülən məsələlərlə bağlı ANAMA-da görüş keçirilib - FOTO

YAP-ın VIII Qurultayında irəli sürülən məsələlərlə bağlı ANAMA-da görüş keçirilib - FOTO

İbrahimpaşa Dadaşov 260 (Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi) ünvanı üzrə Ərazi Partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı görüş keçirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin inzibati binasında keçirilən görüşdə Agentliyin rəhbərliyi və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı və Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, Ərazi Partiya Təşkilatının sədri Vüqar Süleymanov tədbiri giriş nitqi ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən, ölkənin davamlı inkişafı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərindən, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov VIII Qurultayda cənab Prezidentin nitqindən irəli gələn məsələlər və tapşırıqlara uyğun olaraq geniş mühazirə ilə çıxış edib.
Milli Məclisin deputatı Kamaləddin Qafarov, Agentliyin İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev, Agentliyin Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov və Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Ərazi Partiya Təşkilatının sədr müavini Anar İrzaquluyev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində müəyyənləşdirilən prioritet istiqamətlər, dövlət siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının rolu, qarşıda duran vəzifələr və ölkənin ictimai-siyasi həyatında baş verən mühüm proseslər barədə fikirlər səsləndirilib.
Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətinin əhəmiyyəti, mina təhlükəsinin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması və Böyük Qayıdış prosesinə töhfə verən tədbirlər barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıların diqqətinə ölkəmizin qarşısında duran mühüm vəzifələrin icrasında həmrəyliyin, vətəndaş məsuliyyətinin və birgə fəaliyyətin əhəmiyyəti çatdırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Digər xəbərlər