PDF Oxu

Siyasət

  • 530

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının müəyyən etdiyi məsələlər müzakirə olunub

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının müəyyən etdiyi məsələlər müzakirə olunub

15 oktyabr 2026-cı il tarixdə Qaradağ rayonu Puta qəsəbəsi Sovet küçəsi üzrə ərazi partiya təşkilatında (Neft Kəmərləri İdarəsi) Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayın nümayəndəsi İlqar İlyasov, Puta qəsəbəsi Sovet küçəsi üzrə ərazi partiya təşkilatının (Neft Kəmərləri İdarəsi) rəhbərləri və partiya üzvləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Neft kəmərləri idarəsinin Qarabağ İstehsalat Bölümünün rəisi Elşən Hacıyev Qurultayın əhəmiyyətindən, YAP-ın ölkənin inkişafındakı rolundan və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin qurultayındakı nitqində səsləndirilən mühüm istiqamətlər və partiyanın gələcək fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib. İlqar İlyasov, həmçnin partiyanın rayon təşkilatının fəaliyyəti, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır. İlqar İlyasov Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr barədə geniş bəhs edib.
Tədbirdə çıxış edən açan Neft kəmərləri idarəsinin Qarabağ İstehsalat Bölümünün sahə rəisi Bariz Niftəliyev YAP-ın VIII Qurultayının əhəmiyyətindən və partiyanın işində hər bir üzvün fəal iştirakının vacibliyindən danışıb.
Çıxışlarda Prezident İlham Əliyevin Qurultaydakı nitqində toxunduğu xüsusi məqamların əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müasir dövrdə informasiya təxribatlarına qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də cəmiyyətin düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə partiya fəallarının qarşısında mühüm vəzifələr dayanır.

Digər xəbərlər