YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir. Növbəti belə tədbir rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında keçirilib.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın məzmunundan irəli gələn əsas istiqamətlərə toxunaraq, partiyanın fəaliyyətində ideoloji işin və ictimai maarifləndirmənin əhəmiyyətini qeyd edib. O, mədəniyyət müəssisələrinin milli-mənəvi dəyərlərin yaşadılması, tarixi irsin qorunması və bu dəyərlərin gənc nəslə ötürülməsindəki rolunu vurğulayaraq, bu sahədə çalışan partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb.
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi Nübar Bayramova qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən hədəflərlə bağlı təəssüratlarını bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği, gənclərin milli tariximizə və mənəvi dəyərlərimizə bağlı ruhda yetişməsi istiqamətində mədəniyyət müəssisələrinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, ərazi partiya təşkilatının sədri Səidə Əliyeva, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Hüseynova, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayramov və digərləri çıxışlarında mədəniyyət sahəsində həyata keçirilən işlərin ictimai əhəmiyyətinə, tarixi-mədəni irsin qorunmasına və maarifləndirmə fəaliyyətinin genişləndirilməsinə diqqət çəkiblər. Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin mədəniyyət sahəsində çalışan kollektivlərin fəaliyyəti ilə əlaqələndirilməsi, partiya üzvlərinin təşəbbüskarlığının artırılması və qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının vacibliyi vurğulanıb.
Sonda ərazi partiya təşkilatının cari fəaliyyəti nəzərdən keçirilib, qarşıdakı dövr üçün nəzərdə tutulan işlər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.