Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ə.Qayıbov küçəsi 13” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüş keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov ölkəmizin siyasi və iqtisadi inkişafının davamlılığının təmin edilməsi, milli maraqların qorunması, ideoloji təhlükəsizliyin gücləndirilməsi və partiyanın cəmiyyətlə əlaqələrinin daha da genişləndirilməsi məsələləri ətrafında danışıb.
Çıxışlarda bildirilib ki, müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərmək, informasiya təxribatlarına qarşı maarifləndirmə işini gücləndirmək və gənclərin dövlətçilik dəyərlərinə bağlılığını artırmaq mühüm vəzifələrdəndir.