Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Sərkar kənd, Ziyadlı kənd və İstixana kənd üzrə üzrə Ərazi Partiya Təşkilatlarında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən prioritetlərə həsr olunmuş növbəti görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycanın davamlı inkişafının təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinin qorunması və ölkəmizin uğurlarının ictimaiyyətə çatdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında geniş bəhs edib. Çıxışlarda müasir dövrün çağırışları nəzərə alınmaqla ideoloji işin daha səmərəli təşkili, gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi və partiya üzvlərinin ictimai fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb.
Sonda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətli mövqeyinin və fəal iştirakının vacibliyi qeyd olunub.