PDF Oxu

Siyasət

  • 534

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib - FOTO

YAP-ın VIII Qurultayından irəli gələn çağırışlar partiya üzvləri ilə müzakirə edilib - FOTO

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışından irəli gələn məsələlərlə bağlı Xocavənd rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxs, Mədəniyyət müəssisələri və Muğanlı kənd ərazi partiya təşkilatlarında görüşlər keçirilib.
Görüşlər Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ərazi Partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli çıxışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən VIII Qurultay ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan hədəfləri və strateji prioritetləri müəyyənləşdirən mühüm siyasi hadisədir.
Görüşlərdə YAP Xocavənd rayon təşkilatının sədr müavini Sahil Şirinli, Xocavənd rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri Təhminə Mirzəyeva, Muğanlı kənd ərazi partiya təşkilatının sədri Asim Rüstəm və digər çıxış edənlər Prezident İlham Əliyevin qurultaydakı nitqinin əhəmiyyətini vurğulayaraq qarşıda duran vəzifələr, partiyanın gələcək fəaliyyət istiqamətləri və müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi məsələlərindən danışıblar. Çıxışlarda partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və qarşıya qoyulan məqsədlərin yerli səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Görüşlərdə qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının, partiya üzvləri arasında həmrəyliyin gücləndirilməsinin və cəmiyyətlə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək ifadə olunub, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələrin reallaşdırılması istiqamətində birgə və məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanıb.

Digər xəbərlər