PDF Oxu

Siyasət

  • 518

Azərbaycan-Laos: əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar - ŞƏRH

Azərbaycan-Laos: əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar - ŞƏRH


Məlum olduğu kimi, Laos Prezidentinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişaf gündəliyini yenidən aktuallaşdırdı. Ölkəmizlə Laos arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Yeri gəlmişkən, diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası təmaslar ikitərəfli münasibətlərin siyasi təməlini möhkəmləndirib. Azərbaycan–Laos münasibətlərinin diqqətçəkən tərəfi siyasi əlaqələrin iqtisadi əməkdaşlığın hazırkı səviyyəsindən daha yüksək olmasıdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını da əks etdirmir. Bu yanaşma iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu göstərir. Biznes forumlarının keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin yaradılması və investisiya layihələrinin qarşılıqlı təqdimatı əməkdaşlığın inkişafı üçün mühüm vasitələrdir. Bakıda keçirilən biznes forumda da gələcək perspektivlərlə bağlı səmərəli müzakirələr aparıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq təcrübəsi Laos üçün yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi baxımından imkanlar yaradır. Laos Prezidenti Thonqlun Sisulit də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, gələcəkdə Azərbaycan şirkətlərinin Laos iqtisadiyyatına daha çox investisiya yatıracağına, ticarət və turizm əlaqələrinin artacağına ümid etdiyini vurğulayıb. Bu mövqe iqtisadi münasibətlərin inkişafı üçün hər iki tərəfdə siyasi iradənin olduğunu göstərir. İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Trans-Xəzər marşrutundakı mövqeyi, müasir liman və dəmir yolu infrastrukturu ölkəyə beynəlxalq yükdaşımaların inkişafında rolunu artırır. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarını genişləndirməsi və Çin istiqamətində nəqliyyat imkanları iki ölkə arasında gələcək logistika əməkdaşlığı üçün zəmin yaradır. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq Laosun dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna bağlana biləcəyini qeyd edib.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezidentlərin müzakirəsində minalarla mübarizə məsələsinin yer alması da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin müharibələrin uzunmüddətli nəticələri ilə üzləşməsi bu sahədə təcrübə mübadiləsi üçün imkan yaradır. Mina təhlükəsi ilə mübarizə, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi üzrə əməkdaşlıq hər iki tərəfin marağındadır.

Rza Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər