PDF Oxu

Siyasət

  • 629

Nərimanovda VIII Qurultayda qarşıya qoyduğu vəzifələrə dair görüş keçirilib - FOTOLAR

Nərimanovda VIII Qurultayda qarşıya qoyduğu vəzifələrə dair görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 45 və İ.Hidayətzadə küçəsi 6” ünvanları üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda qarşıya qoyduğu vəzifələrə dair növbəti görüş keçirilib.

Tədbirdə ölkəmizin qazandığı nailiyyətlərin davamlılığının təmin edilməsi, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin ictimai-siyasi həyatında partiya üzvlərinin rolunun artırılması məsələləri diqqətə çatdırılıb. Eyni zamanda, milli maraqların qorunması, informasiya mühitində obyektiv mövqenin sərgilənməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, VIII Qurultayda müəyyən edilən istiqamətlərin həyata keçirilməsi hər bir partiya üzvündən fəallıq, təşəbbüskarlıq və yüksək məsuliyyət tələb edir.

Digər xəbərlər