PDF Oxu

Siyasət

  • 539

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir - ŞƏRH

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir - ŞƏRH

2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 6 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu. Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.

Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub. 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində üstünlük verilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə əsasən artıq 250-dən çox ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini zamanın zərurətinə çevirib.

Zəngilanın azad edilməsi hərbi-strateji baxımdan bir neçə mühüm nəticə doğurdu. İlk növbədə, Azərbaycanın İranla dövlət sərhədinin işğal altında qalmış təxminən 132 kilometrlik hissəsi üzərində nəzarət bərpa edildi. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, mühafizə infrastrukturunun qurulması və bölgədə dövlət idarəçiliyinin yenidən təşkili üçün imkanlar yarandı. Eyni zamanda, Zəngilanın azad olunması Azərbaycanın regional nəqliyyat əlaqələrinin inkişafı, Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması və ölkənin beynəlxalq nəqliyyat marşrutlarındakı rolunun gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı oldu.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi isə bu qələbənin hərbi qulluqçuların qəhrəmanlığının və fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir. Müvafiq sərəncamlarla 6 974 hərbi qulluqçu həmin medalla təltif edilmişdir. Zəngilanın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və dayanıqlı qayıdışının təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən Böyük Qayıdış proqramı bölgənin sosial-iqtisadi həyatının yenidən formalaşdırılmasını nəzərdə tutur.

2025-ci il oktyabrın 28-də Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışları, sakinlərə mənzillərin təqdim edilməsi qayıdış prosesinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisələr oldu. 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Zəngilan şəhərində və kəndlərində 497 ailə və 2 259 nəfər yeni həyat qurmağa başlamışdır.

2026-cı il mayın 10-da Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı şəhərin yenidən qurulması prosesində mühüm mərhələ oldu. Bu prosesin əsas məqsədi yalnız evlərin inşası deyil, insanların iqtisadi fəallığını təmin edən, sosial xidmətlərə çıxışını asanlaşdıran və uzunmüddətli məskunlaşmanı dəstəkləyən yaşayış mühitinin yaradılmasıdır. Dövlət qurumlarında, tikinti sektorunda, xidmət sahələrində və kənd təsərrüfatında yeni iş yerlərinin formalaşdırılması Böyük Qayıdışın dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər