PDF Oxu

Siyasət

  • 653

YAP Tovuz rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında tədbirlər keçirilib

YAP Tovuz rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında tədbirlər keçirilib

YAP Tovuz rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə , ərazi partiya təşkilat sədrinin müavini və partiya fəalları iştirak edib.

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Günel Qasımova, Tovuz rayon MKS-nin direktoru Güldərən İbrahimova, Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov çıxışlarında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün də dəyişməz olaraq qalır və Azərbaycan Respublikasının inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulamışlar.

Çıxışlarda qeyd olunmuşdur ki, siyasi xəttin təməlində dövlət müstəqilliyinin qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü ordunun formalaşdırılması və ölkəmizin milli maraqlarının hər zaman üstün tutulması dayanır. Bu gün Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi, iqtisadi potensialının artırılması, müdafiə qüdrətinin yüksəldilməsi və milli resurslarımızdan səmərəli istifadə olunması həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir. Əsas məqsəd Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, dövlətimizin gücünü artırmaq və gələcək nəsillərə güclü, müstəqil və inkişaf edən Azərbaycan dövlətini miras qoymaqdır. VIII Qurultayda cənab Prezidentin çıxışı da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın qarşısında duran vəzifələri, gələcək hədəflərini və milli maraqlarımızın qorunmasının vacibliyini bir daha ortaya qoydu. Bu çıxış ölkəmizin inkişaf yolunun ardıcıllığını, siyasi sabitliyin qorunmasının və milli birliyin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi xətt bundan sonra da Azərbaycanın tərəqqisinə, dövlət müstəqilliyimizin möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir bildirmişlər.

Digər xəbərlər