PDF Oxu

Siyasət

  • 792

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

20 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı üzrə 10 saylı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi ərazi partiya təşkilatının fəallarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Füzuli Babayev və 10 saylı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi ərazi partiya təşkilatının fəal üzvləri iştirak ediblər.
Çıxış edən Anar Alışov YAP-ın VIII Qurultayının əhəmiyyətindən bəhs edərək Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin və müəyyənləşdirdiyi prioritet vəzifələrin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması, milli maraqların və dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, eləcə də xalq-iqtidar birliyinin gücləndirilməsinin vacibliyini qeyd edib. Anar Alışov bildirib ki, qurultaydan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətənə sədaqət tələb edir. O, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlər arasında ideoloji işin davam etdirilməsinin və dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edən Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin baş mühəndisi Füzuli Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından danışıb. O, su ehtiyatlarından səmərəli istifadə, meliorasiya sistemlərinin davamlı fəaliyyəti, kənd təsərrüfatının inkişafı və əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Füzuli Babayev, həmçinin qeyd edib ki, hər bir sahədə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün kollektiv məsuliyyətin artırılması, işə peşəkar yanaşma və dövlət maraqlarına xidmət edən təşəbbüslərin dəstəklənməsi vacibdir.
Görüşdə YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının əhəmiyyəti vurğulanıb.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər