Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüşlər davam edir.
Ramana qəsəbəsi, “Xəlil Rza Ulutürk küçəsi 10” (R.Zorge adına 90 nömrəli tam orta ümumtəhsil məktəbi) və Pirşağı qəsəbəsi, “S.Hüseynzadə küçəsi 44” (36 saylı Şəhər poliklinikası) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə qeyd olunub ki, partiyanın sədri, Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi hər bir partiya fəalı və xüsusilə gənclər üçün gələcək fəaliyyət proqramı, mühüm yol xəritəsidir. Vurğulanıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər, ölkəmizin beynəlxalq nüfuzunun artması və azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri gənclərimizdə böyük qürur hissi yaradır.
Görüş çərçivəsində ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, eləcə də yerli səviyyədə partiya fəaliyyətinin gücləndirilməsi məsələləri ön plana çəkilib, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində ardıcıl fəaliyyətin və birgə əməkdaşlığın vacibliyi vurğulanıb.