PDF Oxu

Siyasət

  • 641

YAP Qobustan rayon təşkilatının “Telekom” ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Qobustan rayon təşkilatının “Telekom” ərazi partiya təşkilatında tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Telekom” ərazi partiya təşkilatında tədbir keçirilmişdir.
Əvvəlcə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədr müavini Elməddin Hüseynov məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin tədbirdə partiya fəallarından Rza Quliyev, Şahmar Baloğlanov, Şəmsəddin Nuriyev və İbad Yusifov çıxış etmişlər.

Digər xəbərlər