PDF Oxu

Siyasət

  • 972

YAP yeni nəsli dövlətçilik ideyaları ətrafında birləşdirən aparıcı qüvvədir - FOTOLAR

YAP yeni nəsli dövlətçilik ideyaları ətrafında birləşdirən aparıcı qüvvədir - FOTOLAR

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Tatalılar kənd” Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının mühasibi Qalib Kərəmov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin başlanğıcını ifadə edən müstəsna siyasi hadisə kimi diqqəti cəlb edir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyətinin növbəti hesabat dövrünün yekunlaşdırılması ilə məhdudlaşmır. Bu Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında tamamilə yeni imkanların və eyni zamanda fərqli çağırışların dayandığı bir tarixi mərhələdə keçirilməsi baxımından xüsusi mənaya malikdir.

VIII Qurultaya qədər keçilən mürəkkəb və şərəfli yola nəzər saldıqda, Azərbaycan dövlətçiliyinin son onilliklərdəki inkişaf xəttini aydın görmək mümkündür. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Həmin dövrdə ölkənin qarşısında duran təməl vəzifələr dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi idi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan dərin tələbatının real ifadəsi idi.

Tədbirdə Beyləqan Olimpiya-İdman Kompleksinin direktoru, Qurultay nümayəndəsi Gündüz İsgəndərov və “Tatalılar kənd” Ərazi partiya təşkilatının sədri Əlibaba Quliyev çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini əhatə edir. Azərbaycan artıq regional proseslərin sadəcə iştirakçısı deyil, Cənubi Qafqazın siyasi və təhlükəsizlik gündəliyini müəyyən edən əsas güc mərkəzidir. Bu baxımdan VIII Qurultayın mahiyyətini "qələbədən sonra məsuliyyət mərhələsi" kimi xarakterizə etmək olar. Qələbəni dövlətin uzunmüddətli, dayanıqlı inkişaf modelinə çevirmək böyük siyasi məsuliyyət tələb edir.

YAP üzvləri, fəalları və veteranları bu mərhələdə cəmiyyətlə dövlət arasında sağlam siyasi kommunikasiya yaradan, yeni nəsli dövlətçilik ideyaları ətrafında birləşdirən aparıcı qüvvə rolunu davam etdirməlidir.

Digər xəbərlər