Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Salyan rayon təşkilatının Kukla Teatrı ərazi partiya təşkilatında növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev Prezident İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən prioritetlər, partiya təşkilatlarının qarşısında duran vəzifələr və ideoloji işin təkmilləşdirilməsi məsələlərinə toxunub. O, partiya üzvlərinin dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında və cəmiyyətlə əlaqələrin gücləndirilməsində fəal iştirakının vacibliyini vurğulayıb.
Salyan Dövlət Kukla Teatrının direktoru, ərazi partiya təşkilatının sədri Yaşar Muradov çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin mədəniyyət sahəsində çalışan kollektivlərin fəaliyyəti baxımından əhəmiyyətini qeyd edib. O, teatr sənətinin milli-mənəvi dəyərlərin təbliğində, cəmiyyətin mədəni inkişafında və ictimai düşüncənin formalaşmasında roluna toxunaraq, yaradıcı kollektivlərin fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının, milli irsin qorunması və təbliği istiqamətində işlərin davam etdirilməsinin vacibliyini bildirib.
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi Nübar Bayramova qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələrlə bağlı təəssüratlarını bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.