Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Orxan Fəxrəddinov, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev bildirib ki, YAP-ın VIII Qurultayı partiyamızın tarixində yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultayda səsləndirdiyi proqram xarakterli nitq təkcə partiya üzvləri üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün strateji yol xəritəsidir.
Gündüz Alıkişiyev qeyd edib ki, dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələr - ideoloji işin müasir çağırışlara uyğun qurulması, Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və hər cür ideoloji təxribata qarşı prinsipial mövqe sərgilənməsi bütün ərazi partiya təşkilatları üçün birbaşa fəaliyyət proqramıdır.
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Orxan Fəxrəddinov və digər partiya fəalları Prezident İlham Əliyevin nitqindən irəli gələn ideoloji və təşkilati vəzifələrin yüksək məsuliyyətlə yerinə yetiriləcəyini, hər bir partiya üzvünün üzərinə düşən vəzifəni dərindən dərk etdiyini vurğulayıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.