Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “A.M.Cümə küçəsi 90” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas məqamlarına və partiyanın qarşısında duran yeni vəzifələrə həsr olunmuş görüş keçirilib.
Tədbirdə ölkəmizin inkişaf yolunda qazandığı nailiyyətlərin təbliği, dövlətimizin milli maraqlarının qorunması və cəmiyyətin siyasi proseslərdə fəallığının artırılması məsələləri diqqətə çatdırılıb. Həmçinin informasiya təhlükəsizliyinin əhəmiyyəti, ictimaiyyətin obyektiv məlumatlandırılması və gənclərin dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, partiyanın qarşısında duran vəzifələrin uğurlu icrası üçün üzvlər arasında koordinasiyanın gücləndirilməsi, təşəbbüslərin dəstəklənməsi və ictimai fəaliyyətin daha səmərəli təşkili vacibdir. Görüşdə VIII Qurultayın müəyyən etdiyi hədəflərə uyğun olaraq fəaliyyətin ardıcıl davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.