PDF Oxu

Siyasət

  • 600

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Ak.H.M.Abdullayev adına Fizika İnstitutunda müşavirə keçirilib

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Ak.H.M.Abdullayev adına Fizika İnstitutunda müşavirə keçirilib

Oktyabrın 22-də “H.Cavid pr.33” ünvanı üzrə (AR ETN Ak.H.M.Abdullayev adına Fizika İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AR ETN Ak.H.M.Abdullayev adına Fizika İnstitutunun direktoru, professor Elçin Hüseynov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən AR ETN Ak.H.M.Abdullayev adına Fizika İnstitutunun direktoru, professor Elçin Hüseynov tədbir iştirakçılarını salamlayaraq YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. O, dövlət başçısı cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqində elm, təhsil və innovasiyaların inkişafı ilə bağlı irəli sürdüyü prioritetlərin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb. Professor Elçin Hüseynov Fizika İnstitutunun kollektivinin bundan sonra da ölkənin elmi potensialının gücləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəal çalışacağını bildirib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlərdən bəhs edib. O bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyət proqramını, müasir dövrün çağırışlarına uyğun strateji hədəflərini müəyyən edən mühüm mərhələdir. Bəxtiyar Nəbiyev dövlət başçısının qurultaydakı nitqində vurğulanan əsas məqamları — milli həmrəyliyin möhkəmləndirilməsi, gənclər siyasətinin səmərəliliyinin artırılması, azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işləri və elmi potensialın cəmiyyətin inkişafına inteqrasiyası məsələlərini geniş təhlil edib. YAP Yasamal rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının, xüsusilə elmi müəssisələrdə çalışan partiya üzvlərinin bu ideyaların təbliğində və icrasında üzərinə düşən məsuliyyətli vəzifələrdən danışaraq, gələcək fəaliyyətdə hər bir üzvə uğurlar arzulayıb.
Çıxış edənlər İnstitutun baş mütəxəssisi, ƏPT sədri Şəhla Xəlilova, institutun əməkdaşı, dosent Rəvan Mehdiyeva, Əli Məmmədov, Çinarə Səbzəliyeva və Bayram Xudayarov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlardan, elmin inkişafına göstərilən dövlət qayğısından və YAP-ın VIII Qurultayında müəyyən olunmuş hədəflərin əhəmiyyətindən danışıblar. Çıxışçılar ərazi partiya təşkilatının fəaliyyətinin daha da canlandırılması, gənc tədqiqatçıların partiya sıralarına və ictimai işlərə cəlb edilməsi istiqamətində öz fikir və təkliflərini səsləndiriblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Digər xəbərlər