PDF Oxu

Siyasət

  • 583

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran DAİM-də müzakirə olunub - FOTO

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran DAİM-də müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) ərazi partiya təşkilatında keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan Lənkəran DAİM-in direktoru, ərazi partiya təşkilatının sədri və YAP-ın VIII Qurultayının nümayəndəsi Tofiq Rzayev qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin, partiya üzvlərinin siyasi fəallığının artırılmasının və dövlət siyasətinin əsas istiqamətlərinin təşviq edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının əməkdaşı Sitarə Babayeva VIII Qurultayda müəyyənləşdirilən hədəflərin yerli partiya təşkilatlarının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının əhəmiyyətindən bəhs edib. O, partiya üzvləri arasında təşkilatlanmanın gücləndirilməsi, ideoloji işin daha səmərəli qurulması və əhali ilə müntəzəm əlaqələrin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Lənkəran DAİM-in sektor müdiri Azad Axundov çıxışında aqrar sahənin inkişafı, kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi və dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərinin əhəmiyyətindən danışıb. O, ölkənin iqtisadi potensialının gücləndirilməsində aqrar sektorun rolunu qeyd edərək, bu sahədə əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasının və qarşıya qoyulan inkişaf hədəflərinin dəstəklənməsinin önəmini vurğulayıb.
YAP fəalı, ərazi partiya təşkilatının sədr müavini Ceyhun Bağırov isə çıxışında partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının, dövlətçilik prinsiplərinə sadiqliyin və milli həmrəyliyin qorunmasının əhəmiyyətindən bəhs edib. O, qurultayda müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsində hər bir partiya üzvünün məsuliyyətli mövqe nümayiş etdirməsinin, təşəbbüskarlıq göstərməsinin və ümumi məqsədlər naminə birgə fəaliyyətinin vacibliyini bildirib.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, ölkənin sosial-iqtisadi inkişafı, dövlət siyasətinin prioritetləri və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər