PDF Oxu

Siyasət

  • 1 029

YAP Tərtər rayon təşkilatında VIII Qurultayda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə olunub - FOTO

YAP Tərtər rayon təşkilatında VIII Qurultayda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə olunub - FOTO

YAP Tərtər rayon təşkilatı Rayon Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Rayon Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının sədri və üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın qarşısında duran strateji hədəfləri, dövlət idarəçiliyinin əsas prioritetlərini və cəmiyyətin inkişafı ilə bağlı mühüm vəzifələri özündə əks etdirir.

Azər Ağayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, milli maraqların qətiyyətlə qorunması, ərazi bütövlüyünün və suverenliyin tam bərpası həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələridir.

Tədbirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin Rayon Elektrik Şəbəkəsinin fəaliyyət istiqamətləri ilə əlaqələndirilməsi, enerji sahəsində çalışan partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, dövlətçilik prinsiplərinin təbliği və milli-mənəvi dəyərlərin qorunması məsələləri ətrafında müzakirələr aparılıb.

Sonda bildirilib ki, YAP üzvləri bundan sonra da ölkədə həyata keçirilən inkişaf siyasətinin dəstəklənməsində, qarşıya qoyulan vəzifələrin icrasında və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməklə Azərbaycanın daha da güclənməsinə öz töhfələrini verməlidirlər.

Digər xəbərlər