Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Uşaq-İncəsənət məktəbi” və “Neftçala Telekommunikasiya” ərazi partiya təşkilatlarının üzvləri ilə birgə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəalardan və qarşıda duran vəzifələrdən danışıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, üzvlərlə əlaqələrin möhkəmləndirilməsinin və onların ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. O, partiya üzvlərinin peşə fəaliyyətində məsuliyyətli yanaşması, əhali ilə davamlı ünsiyyəti və yerli təşəbbüslərdə iştirakı ilə qurultaydan irəli gələn vəzifələrin icrasına töhfə vermələrinin əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin ictimaiyyətə çatdırılması və ideoloji işin səmərəli təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Maarifləndirici fəaliyyətin məzmununun zənginləşdirilməsinin, dövlət siyasətinin əsas istiqamətlərinin əhaliyə aydın və dolğun izah olunmasının, vətəndaşlarla birbaşa ünsiyyətin vacibliyini diqqətə çatdırıb.
Neftçala rayon Uşaq-İncəsənət məktəbinin direktoru İlqar Rəhimli çıxış edərək qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində mədəniyyət və incəsənət sahəsində çalışan partiya üzvlərinin iştirakının əhəmiyyətindən danışıb. Milli-mənəvi dəyərlərin qorunması, incəsənətimizin təbliği və vətənpərvərlik ənənələrinin yaşadılması istiqamətində fəaliyyətin vacibliyini vurğulayıb. Partiya üzvlərinin birgə təşəbbüslərinin və ictimai işlərdə fəallığının ərazi partiya təşkilatlarının fəaliyyətinə töhfə verdiyini qeyd edib.